Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Ən yaxşı namaz qılan uşaq” müsabiqəsi keçirildi

Avqust 26
17:13 2014

“Sələf Xəbər” islam-today.ru saytına istinadən yazır ki, Maxaçkalada “İnsan” Xeyriyyə Fondu tərəfindən uşaqlar arasında namazı və dəstəmazı ən yaxşı yerinə yetirəni seçmək üzrə müsabiqə keçirilib.

Müsabiqə şəhərin Mərkəzi cümə məscidi nəzdində Müqəddəs Quran və namaz təlimi üzrə yay tədris kursunun başa çatması münasibətilə təşkil olunub.

Gənc müsəlmanlar üçün kurs 3 ay davam edib. Təlimlərdə əsas məqsəd, uşaqlara, səhvlərə yol vermədən namaz qılmağı və dəstəmaz almağı öyrətmək idi. Bundan başqa, məscid nəzdində keçirilən yay kursuna Quranın düzgün oxunuşunun və müsəlman etiketinin tədrisi də daxil idi.

 Sələf Xəbər: Valideynlər öz övladlarına Allahın buyurduğu fərz ibadətləri yerinə yetirmək və qadağan etdiklərindən çəkinmək üçün onlara dini öyrətməlidir.

Əmr ibn Şüeybin atasından, atası isə babasından onun belə söylədiyini rəvayət edir: Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) demişdir: “Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın”. (Əbu Davud 495, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir).

Digər xəbərlər