10 ölkədən Yəmənə hərbi əməliyyat
1. 166 dəfə baxılıb
Səudiyyə Ərəbistanının rəhbərliyi altında regionun bir sıra ölkələri Yəməndə hərbi əməliyyata başlayıb.
Əməliyyatın məqsədi Yəməndəki qanuni hökumətin müdafiəsi olduğunu ifadə edən Səudiyyə Ərəbistanı səfiri, Yəmən hökumətinin xahişi ilə ölkəni radikallardan xilas etməyə çalışdıqlarını bildirib.
“Sələf Xəbər” Haber7.com-a istinadən xəbər verir ki, səfir, hərbi əməliyyata aralarında Körfəz ölkələrinin də olduğu 10 dövlətin qoşulduğunu qeyd edib.
Yanvar ayında paytaxt Sənanı ələ keçirən husilər, prezident sarayının da nəzarətini ələ almışdı.
Səhiyyə mənbələrindən alınan məlumatlara görə, əməliyyatın hədəf aldığı Sənanın şimal bölgələrində mülki itkilər olduğu bildirilib.
Əməliyyatlarda 25 mülki vətəndaşın öldüyünü bildirən mənbələr, 40 nəfərin də yaralandığını ifadə edib.
Sadəcə Sənan ilə məhdudlaşmayan əməliyyatların, husilərin dünən böyük bir irəliləyiş etdiyi cənub bölgələrində də aparıldığı bildirilib. Ədəndən 60 kilometr məsafədəki el-Aned hərbi bazasının da bombalanmasının ardından, husilərin bazanı tərk etdiyi irəli sürülüb.
ABŞ Prezidenti Barak Obama, Yəməndə Körfəz Əməkdaşlıq Şurasının rəhbərliyindəki hərbi əməliyyatlara logistika və kəşfiyyat dəstəyi verilməsi barədə əmr verib.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi hava əməliyyatına, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn, İordaniya, Sudan, Küveyt, Misir və Mərakeş hava qüvvələrinin dəstək verdiyi bildirilib.
Əməliyyatın 100 döyüş təyyarəsi ilə başladığı da gələn məlumatlar arasındadır.
Sələf Xəbər: Qeyd edək ki, İslam birdir və “mülayim”, “radikal”, “solçu” və ya “sağçı” İslam mövcud deyil. Beləliklə, həqiqi İslam vardır, onun əksi isə – insanların ekstremizmə və ya dində qayğısızlığa çağıraraq İslam adından ixtira etdikləri İslamda yeniliklərdir.
Uca Allah buyurur: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar…” (Qurani-Kərim, “Ənam” surəsi, 153-cü ayə)
Yəni bütün başqa yollar – həqiqi İslam deyildir.
Uca Allahdan bütün müsəlmanlara qayğısızlıqdan və ekstremizmdən uzaq olan həqiqi İslamı göstərməyini diləyirik.
Amin!