Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

120 tayfa liderindən PKK-ya “Ölkəni tərk edin!” çağırışı

Sentyabr 02
15:13 2015

Türkiyənin şərq vilayətlərində məskunlaşan 120 tayfanın (aşirət) lideri PKK terror təşkilatına sərt ismarış göndərib.

“Sələf Xəbər”in Avropa.infoya istinadən verdiyi məlumata görə, Şırnak vilayəti, Uludere rayonunda tayfa lideri Əlixan Babatın evində toplaşan liderlər 1 sentyabr ümumdünya sülh günündə PKK terrorçularına “ölkəni tərk edin” çağırışı yollayıblar.

Tayfa liderlərindən Mehmet Şirin Akçay sülh mühitinin yaranması üçün PKK-nın ölkəni tərk etməsinin labüd olduğunu deyib. Akçay, həmçinin son baş vermiş hadisələr zamanı təhlükəsizlik qüvvələrinin şəhid olmasına görə təəssüf hissi keçirdiyini bildirib:

“Ailəmi görmədim, atasız böyümüşəm. Biz heç kimin ailəsiz qalmasını istəmirik. Son günlər çoxalan şəhid xəbərləri ürəyimizi parçalayır. Biz qardaşıq. Dəyərli müsəlman kürd xalqının da artıq bu cür şər mənbələrinin oyununa gəlməməsini istəyirik. Biz vətənimizin bölünməz bütünlüyü üçün lazım gəlsə, mübarizəyə hazırıq”.

Uluderenin Taşdelen kəndinin icra nümayəndəsi Fikrət Kaya bölgədən aldığı bu qədər çox səsə baxmayaraq HDP-nin terror təşkilatı ilə əlaqəsini kəsməməsinə hiddətlənib:

“Gərginlik mühiti davam edəcəyi təqdirdə dövlətimizin tərəfində olacağımızı dövlətimizlə birlikdə axıra qədər mübarizə aparacağımızı bəyan edirik. HDP-ni də siyasətlə məşğul olmağa, terrorçularla aralarına məsafə qoymağa dəvət edirik. Rayonumuz HDP-yə 90% dəstək verdi. Terrorun bitirilməsi üçün HDP-yə səs verildi”.

Toplantıya Diarbəkirdən qatılan və bölgədə “Qadın ağa” kimi tanınan Suna Kepoğlu Ataman PKK terror təşkilatından silahları basdırmağı tələb etdiklərini bildirib: “Bir kürd və trabzonluların gəlini kimi sülhü ən çox mən istəyirəm. 90-cı ilərə bir daha qayıtmaq istəmirik”.

Qeyd edək ki, toplantıda Diyarbəkir, Şanlıurfa, Mardin, Şırnak, Muşdan və bölgədəki s. vilayətlərdən olan tayfa liderləri iştirak edib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər