14 yaşlı oğlan Quran müsabiqəsində 300 kişini məğlub edib – FOTO
938 dəfə baxılıb
“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən xəbərinə görə, Qazaxıstanda Ramazan ərəfəsi öncəsi Qurani-Kərimi ən yaxşı oxuyanlar arasında müsabiqə keçirilib. Ən yaxşı Quran oxuyan adı uğrunda mübarizə aparmaq üçün respublikanın hər yerindən Almata şəhərinə gələn 30 yaşınadək 300 kişi müsabiqədə iştirak edib.
Müsabiqə şərtlərinin çətin olmasına baxmayaraq, birinci yeri 14 yaşlı yeniyetmə oğlan tutub. İştirakçılardan Qurani-Kərimi əzbər bilməklə yanaşı, həm də ayələri qüsursuz oxuyub onların dərin mənasını izah etmək də tələb olunub.
Müsabiqədə tələb olunan şərtlərin öhdəsindən ən yaxşı gələn 32 iştirakçı finala çıxıb. Onların arasından isə ən yaxşı Qurani-Kərimi oxuyan 14 yaşlı hafiz Dulat Kalıgülov olub.
Müsabiqədə 5 yer üçün hədiyyələr müəyyən olunub. İlk 3 yeri tutan hər iştirakçıya avtomobil verilib. 4-cü və 5-ci yeri tutanlar üçün isə ümrə ziyarəti təşkil olunub.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir”. (Qurani-Kərim, “Hədid” surəsi, 9-cu ayə).
Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) 600-dən çox səhifəsi olan Quranı əzbər bilir. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur. Beləliklə, Uca Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır. Əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilsə və yer üzərindən silinsə, o zaman müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq səbəb ilə mümkün ola bilər! Lakin dünyada çox gənc, Quranın 600 səhifəsini də əzbər bilən hələ çox uşaq var. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzən bəzi ərəb ölkələrində fenomen şəklində bu hətta 3 yaşlı uşaqlarda da rast gəlinib.
Beləliklə bütün dünyada Quran əzbərləmə məktəbləri Uca Allahın bütün əsrlər boyunca Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumasının səbəblərindən biridir.
Uca Allah bu yeniyetmənin gözünü nurlu, zehnini aydın etsin. Amin!