20 müsəlman ölkəsi hərbi təlimlərə başlayacaq
691 dəfə baxılıb
Əsasən HHQ-nin təlimləri keçiriləcək.
Səudiyyə Ərəbistanında iştirakçı ölkələrin sayca ən çox olduğu hərbi təlimlər başlayır.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Əl Arabiya” məlumat yayıb.
Ər-Riyadın rəhbərliyi altında keçirilən “manevrlərdə” dəvət ilə 20 Ərəb və İslam ölkələrindən olan ordu bölükləri iştirak edəcək.
“Raduş Şimal” (Şimalın göy gurultusu) adlı hərbi manevrlər krallığın şimalında keçiriləcək.
Qoşunların yerləşəcəyi əsas məkan Hafr-əl-Batn yaşayış məntəqəsinin yaxınlığında kral Xalidin adını daşıyan hərbi baza olacaq.
Əsasən HHQ təlimləri keçiriləcək. Manevrlərə, motoatıcı, tank, artilleriya qoşunları, xüsusi təyinatlı və HDQ-nin dəstələri də cəlb edilib.
“Şimalın göy gurultusu”na cəlb edilən hərbçilərin, eləcə də hərbi texnikanın dəqiq sayı barədə məlumat verilmir.
Manevrlərdə iştirak edəcək xarici qoşunların avanqard hissələrinin artıq krallığa gəldikləri bildirilib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)