ABŞ-ın pilotsuz təyyarələri Türkiyədən qalxaraq İŞİD-i vuracaq
709 dəfə baxılıb
İki ölkə arasında bununla bağlı anlaşma əldə edilib.
ABŞ ordusu İŞİD terror xəvaric qruplaşmasına qarşı hərbi əməliyyat zamanı Türkiyənin Adana vilayəti ərazisindəki İncirlik hərbi bazasından da yararlanacaq.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı ötən həftə iki ölkə arasında anlaşma əldə olunub.
ABŞ İraq ərazisindəki İŞİD terror xəvaric qruplaşması hədəflərinı vurmaq məqsədilə “Predator” (vəhşi, yırtıcı heyvan) adlı pilotsuz təyyarələrdən istifadə edəcək. 1995-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında olan bu uçuş aparatlarının düşmən tərəfindən müəyyən edilməsi və vurulması ehtimalı çox azdır. Pilotsuz təyyarələr “Hellfire” (cəhənnəm atəşi) adlandırılan 500 kiloluq bombalarla yerdəki hədəflərə zərbə endirir. “Predator” 740 kilometr yüksəyə qalxa və 30 saata qədər havada qala bilir. Bu təyyarələrdən Pakistan və Yəməndəki “Əl-Qaidə” hədəflərini vurmaq üçün geniş istifadə edilib.
Qeyd edək ki, hazırda İraq ordusu ölkənin ikinci böyük şəhəri Mosulu İŞİD terror xəvaric qruplaşmasının əlindən almaq üçün iri hərbi əməliyyata hazırlaşır. Əməliyyata ABŞ, Türkiyə və İran da dəstək verəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)