Ailəsinin 10 üzvünün öldürülməsi xəbərini alan suriyalı cərrahın reaksiyası – VİDEO
1. 697 dəfə baxılıb
Qızğın döyüşlərin getdiyi Suriyada insanı heyrətləndirən hadisələr baş verir.
Saytlarda hər kəsi heyran edən video görüntü yayımlanmışdır. Cərrahiyyə otağında iş başında olan suriyalı cərrah ailəsinin on nəfər üzvünün həlak olduğu xəbərini eşidir. Xəbəri eşidən cərrah özünün soyuqqanlı davranışı və baş verən hadisəyə münasibəti ilə hər kəsi heyrətləndirmişdir.
Cərrah xəbərə bu sözləri ilə reaksiya verir: “Bu gün Suriyada baş verənlər bir vəhşilikdir, tarix heç vaxt belə vəhşiliyi, belə cinayətkarı (Bəşər Əsədi nəzərdə tutur. Tərc.) görməmişdir… İndi mənə xəbər gəldi ki, Ğota əş-Şərqiyyədə bombardıman nəticəsində ailəmin ondan çox üzvü həlak olmuşdur. Allahdan onlar üçün bağışlanma diləyirəm. Hamımız Allahınıq, son dönüşümüz də Onadır.”
Bu sözləri deyən cərrahın heç gözündən yaş da axmır, bəlkə də illərdir gördüyü iztirab, qətl, ölüm xəbərləri onun göz yaşlarını qurutmuşdur.
Allahdan diləyimiz budur ki, Suriya xalqı tezliklə əminamanlığa qovuşsun, ölkədəki qanlı müharibə sona çatsın. Amin!
Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Qurani Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)