Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ankarada törədilən terrorda 37 nəfər ölüb

Mart 14
16:16 2016

Türkiyənin paytaxtı Ankarada növbəti partlayış baş verib.

Ötən gün Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, partlayış Ankaranın mərkəzi Kızılay meydanındakı avtobus dayanacağında baş verib.

Türkiyənin Daxili işlər, Səhiyyə və Ədliyyə nazirləri Ankarada baş vermiş partlayışla bağlı birgə açıqlama veriblər.

Türkiyənin Daxili İşlər naziri Əfqan Ala bildirib ki, partlayışın hərəkətdə olan partlayıcı qurğu quraşdırılmış maşınla törədildiyi artıq dəqiqləşib.

Qeyd edək ki, terror hadisəsindən dərhal sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə hökumətin fövqəladə iclası keçirilib.

Hadisəni törədən şəxsin PKK terror təşkilatının üzvü, universitet tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər