“Aya-Sofya” muzeyi məscid kimi istifadəyə verilə bilər
Aprel 16
16:50
2015
747 dəfə baxılıb
Roma papasının 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmasına cavab olaraq Türkiyə Aya-Sofya muzeyini məscid kimi imanlı insanların üzünə aça bilər.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Ankara muftisi Məfail Hızlı bildirib.
Onun sözlərinə görə, Roma papası Birinci Dünya Müharibəsində müsəlmanların çəkdiyi əzablara göz yumaraq, katolik kilsəsinin ermənilərlə həmrəyliyindən danışır.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərini yalnız Allaha və Qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!” (Qurani-Kərim, “Tövbə” surəsi, 18-ci ayə)