Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ayasofya meydanında namaz qılınıb

İyun 01
15:03 2015

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, Anadolu Gəncliyi Dərnəyi (AGD) tərəfindən keçirilən tədbirdə 1937-ci ildə Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilən Ayasofya məscidinin qarşısında toplanan minlərlə insan səhər namazı qılıb və məscidin xalqa açılması üçün dua edib.

“Zəncirlər qırılsın Ayasofya məscidi açılsın” və “səccadəni al da, gəl” çağırışları ilə Türkiyə və İstanbulun müxtəlif yerlərindən gələn qruplar Ayasofya Meydanında toplaşıblar.

Sələf Xəbər: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)

Digər xəbərlər