Bağdadda məsciddə terror aktı törədilib
674 dəfə baxılıb
25 nəfər ölüb.
İraqın paytaxtında məsciddə partlayış zamanı ən azı 25 nəfər ölüb və xəsarət alıb.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
TV-nin məlumatına görə, Bağdadın cənubi-qərbində ar-Rizvaniya rayonunda terrorçu-kamikadze özünü şiyə məscidində partladıb.
Ölənlərin sayı dəqiqləşdirilir. Partlayışa görə, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)
XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)