Bağdadda törədilən partlayışda 60 nəfər ölüb, 200 nəfər yaralanıb
Avqust 13
16:09
2015
720 dəfə baxılıb
İraqın paytaxtı Bağdad yaxınlığındakı Sadr şəhərindəki bir bazarda bomba yüklü avtomobilin partlaması nəticəsində ən az 60 nəfər ölüb, 200 nəfər yaralanıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, polis mənbələrindən verilən məlumata görə, şiə bölgəsi olan Sadr şəhərindəki insanların sıx olduğu bir bazarın yaxınlığında dayanacağa qoyulmuş və soyuducu sistemi olduğu bildirilən yük maşınının partlaması çoxlu syda inasanın həyatına son qoyub. Partlayış nəticəsində ən az 60 nəfərin öldüyü bildirilir.
Xəstəxanlardan verilən məlumata görə isə partlayış zamanı ən az 200 nəfər yaralanıb. Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyib: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, nümayişlərlə gəlməmişdir və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”