Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Bağdadinin müavini öldürüldü

Avqust 22
15:29 2015

İraq və Suriya ərazisində silah-sursat nəqli, döyüşçülərin daşınması ilə məşğul olan, İŞİD terror xəvaric qruplaşmasının tərkibində Bağdadidən sonra ikinci mühüm adam hesab edilən şəxs Amerikanın pilotsuz təyyarələri tərəfindən qətlə yetirilib.

“Sələf Xəbər” “al-Arabiyya”ya istinadən xəbər verir ki, Ağ Ev Cümə günü İŞİD terror xəvaric qruplaşmasının ikinci adamını İraqın Mosul şəhəri yaxınlığında hava hücumu zamanı qətlə yetirməsi barədə məlumat yayıb.

Milli Təhlükəsizlik Şurasının bəyanatına görə, qətlə yetirilən şəxsin adı Fazil Əhməd əl-Həyalidir. O Hacı Mutəzz ləqəbi ilə tanınır. Adı çəkilən şəxs qruplaşmanın daha mühüm siması ilə birlikdə maşında hərəkət edən zaman qətlə yetirilmişdir. Əl-Həyali İraq və Suriya arasında silah-sursatın, partlayıcı maddələrin və texniki vasitələrin nəqli üzrə mütəxəssis idi.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Neyd Prays qeyd edib ki, bu şəxsin qətli İŞİD terror xəvaric qruplaşmasının əməliyyatlarına kəskin şəkildə mənfi təsir edəcəkdir. Çünki onun fəaliyyəti maliyyə, media, əməliyyatlar və logistika sahələrini əhatə edirdi.

Ağ Ev bəyan edib ki, əl-Həyali İŞİD terror xəvaric qruplaşmasının lideri əl-Bağdadinin ən əsas köməkçisi idi. O, İraq əməliyyatlarını idarə edib.

Ötən iki il ərzində keçirilən əməliyyatlara məhz o nəzarət edirmiş. Ələlxüsus, 2014-cü ilin iyun ayında Mosul şəhərinə edilən hücumu o planlaşdırıbmış.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyurmuşdur: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər