Başına 7 milyon dollar mükafat qoyulan “Əl Qaidə” lideri öldürülüb
984 dəfə baxılıb
Pentaqon “Əl Qaidə” terror təşkilatının Xorasan qrupu lideri əl-Fadlinin ABŞ hava qüvvələrinin hava hücumu zamanı öldürüldüyünü bildirib.
“Sələf Xəbər”in Teleqraf.com-a istinadən xəbərinə görə, Pentaqon sözcüsü Cef Devis Fadlinin iyulun 8-də Suriyanın Sarmada şəhəri yaxınlığında avtomobildə hərəkət edərkən ABŞ təyyarələrinin hava hücumu zamanı öldürüldüyünü bildirib.
Açıqlamada ABŞ və müttəfiqlərinə yönəlik hücumlar planlayan “Əl Qaidə” terror təşkilatı ilə əlaqəli Fadlinin, 11 sentyabr terroru öncəsi bilgiləndirilmiş az saylı “Əl Qaidə” terror təşkilatı liderlərindən olduğu vurğulanıb.
“Əl Qaidə” terror təşkilatının lideri Fadlinin eyni zamanda 2002-ci ildə Kuveytə bağlı Feyləkə adasında ABŞ donanmasına qarşı terror aktında rol aldığı da bildirilib.
Qeyd edək ki, ABŞ Xarisi İşlər nazirliyi “Əl Qaidə” terror təşkilatının İranda təşkilatlanmasına rəhbərlik edən, maliyyə və hərbi dəstələrin yaradılması məsələsinə sorumlu olan Fadlinin yaxalanması və öldürülməsi üçün 2002-ci ildə 7 milyon dollar mükafat ayırmışdı.
Sələf Xəbər: Məşhur İslam alimi, böyük hədisşünas Əbdül Mühsin əl-Abbad (Allah onu qorusun) Əl-Qaidə qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”