Beyrutdakı terror aktını İŞİD törədib
651 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Livanın paytaxtı Beyrutdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, birinci partlayıcı qurğu motosikletə bərkidilib. Birinci partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə hadisə yerinə xeyli adam toplaşandan sonra terrorçu-kamikadze ikinci partlayıcı qurğunu işə salıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır . Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.