Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Birləşmiş Ərəb Əmirliklərinin 45 əsgəri Yəməndə şəhid olub

Sentyabr 05
14:06 2015

BƏƏ Silahlı Qüvvələri Baş Komandanı Şeyx Muhamməd bin Zayid: “Husi qiyamçıları üzərində qələbəmiz yaxınlaşır!”

“Sələf Xəbər” xarici mediaya istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 45 nəfər əsgərinin şəhid olması haqda xəbər yayıb. Hadisə Cümə günü səhər saatlarında Yəməndə silah anbarına endirilən raket zərbəsi nəticəsində baş vermişdir. BƏƏ Silahlı Qüvvələri Baş Komandanlığının ilkin yaydığı məlumatda 22 əsgərin şəhid olduğu deyilirdi. Cümə günü axşam saatlarında isə aldıqları ağır yaralar nəticəsində daha 23 əsgərin şəhid olması haqqında məlumat verildi. Beləliklə, ölənlərin sayı 45 nəfərə çatıb.

Əbu Zabi əmirliyinin Vəliəhdi və BƏƏ Silahlı Qüvvələri Baş Komandanı Şeyx Muhəmməd bin Zayid deyib ki, Yəməndə Husi qiyamçıları üzərində qələbəmiz yaxınlaşır!

O həmçinin bildirib ki, ölkəsinin Səudiyyə Ərəbistanı ilə birlikdə Yəmənə qarşı edilən təcavüzü dəf etməsi qürur verir.

Sələf Xəbər: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)
Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını, Yəmən xalqına tez bir zamanda sülh, əmin-amanlıq diləyirik. Amin!

Digər xəbərlər