Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Boko Haram” 500-ə yaxın uşağı qaçırdıb

Mart 25
19:34 2015

İŞİD terror xəvaric qruplaşmasına sədaqət andı içən “Boko Haram”ın Nigeriyada yenə çox sayda uşağı qaçırdığı bildirilib.

“Sələf Xəbər” t24.com.tr-yə istinadən məlumat verir ki, Nigeriyanın şimal şərqindəki Damasak adlı qəsəbənin köhnə sakini BBC-yə, qəsəbənin “Boko Haram” tərəfindən təcavüzə məruz qalmasından sonra 11 yaşdan aşağı təxminən 500 uşağın itkin düşdüyünü deyib.

Qəsəbədəki bir tacir isə Reuters xəbər agentliyinə, “Boko Haram” silahlılarının qəsəbədən ayrılarkən yanlarında uşaqları da apardıqlarını söyləyib.

Niger və Çad ordusuna bağlı birliklər aylar boyu silahlıların əlində olan Damasakda nəzarəti martın əvvəlində ələ keçirmişdi.

BBC-də dərc olunan xəbərə görə, Şimaldakı Borno əyalətini təmsil edən Senator Maaji Lawan, BBC-nin Nigeriya müxbiri Uil Rossa Damasaklı yüzlərlə uşağın itkin düşdüyünü deyib.

Xatırladaq ki, “Boko Haram” 2014-cü ilin aprelində 200-dən çox şagird qızları qaçırmışdı.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər