Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Boko Haram” dinc sakinləri amansızcasına qətlə yetirib

Mart 06
17:04 2015

“Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Ncaba kəndinə hücum edərək 68 dinc sakini amansızcasına qətlə yetirib.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, bu barədə “Frans Pres” yerli sakinlər arasındakı mənbəyə istinadən xəbər verir.

“Mən qurbanların sayılmasında iştirak etmişəm. 68 nəfər öldürülüb”, – deyə kənd sakinlərindən biri agentliyin müxbirinə bildirib.

Öldürülən sakinlər arasında çoxlu sayda uşaqların olduğu bildirilir.

Kənd yerlə yeksan edilərək yandırılıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz” 7/120)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930