“Boko Haram” zəiflədiyi üçün İŞİD-lə birləşir
892 dəfə baxılıb
Əbubəkr Şekau köməyə ehtiyac duyduğunu açıqlayıb.
Nigeriyada “Boko Haram” qruplaşması rəhbəri Əbubəkr Şekau tərəfdarlarını İŞİD terror xəvaric qruplaşması ilə birləşməyə çağırıb. Ekspertlərin sözlərinə görə, bu, “Boko Haram” silahlılarının köməyə ehtiyac duyduğunu göstərir. Bu isə, öz növbəsində qruplaşmanın zəiflədiyindən xəbər verir.
“Sələf Xəbər” “A24.az”-a istinadən məlumat verir ki, son bir neçə ayda Nigeriya hökuməti qruplaşmaya qarşı qonşu ölkələrin də dəstəyilə hərbi əməliyyatlar keçirir. Rəsmilər əməliyyatlar zamanı çoxlu sayda “Boko Haram” silahlılarının öldürüldüyündən xəbər verirlər.
Anti-“Boko Haram” koalisiya ötən gün, eyni zamanda, Çadda hərbi təlimlərə başlayıblar. “Boko Haram” silahlılarının bir müddət əvvəl Mao şəhərinə hücumu zamanı azı 8 mülki vətəndaş ölmüşdü.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta, onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.