Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Bu dəfə İŞİD üzvləri edam edildi

İyul 02
15:54 2015

Suriyada “Ceyşul İslam” müxalif qüvvə ələ keçirdikləri 18 İŞİD xəvaric terror qruplaşması üzvünü edam edib.

“Sələf Xəbər”in Türkiyə mediasına istinadən xəbərinə görə, Bəşşar Əsədə qarşı mübarizə aparan “Ceyşul İslam” ( İslam Ordusu ) müxalif qüvvə əsir aldıqları 18 İŞİD xəvaric terror qruplaşması üzvünü İŞİD-in öz üsullarıyla edam edib.

İnternetdə İŞİD xəvaric terror qruplaşması üzvlərinin edamdan öncə etiraf etdiyi görüntülər yayınlanıb. Əsirlərdən bəziləri Əsədə qarşı müharibə aparmadıqlarını, digərləri isə suriyalıların “kafir” olduğu haqda fətva verildiyini əsas götürərək, qadın və uşaqlar da daxil olmaqla dinc sakinləri öldürmələri haqda əmr aldıqlarını bildiriblər.

İŞİD xəvaric terror qruplaşmasının yalnız müsəlmanlarla döyüşdüyü göstərilən videoda keçən həftə İŞİD tərəfindən öldürülən 12 nəfər “Ceyşul İslam” üzvünün qisası alındığı ifadə edilib. Müxalif qüvvə üzvləri İŞİD xəvaric terror qruplaşmasının üzvlərinin edam etdiyi məhkumlara geydirdiyi narıncı paltardan geyinərkən, İŞİD xəvaric terror qruplaşması üzvlərinə qara paltarlar geydiriblər. İŞİD xəvaric terror qruplaşmasının çəkdiyi videolara bənzər olan videoda əlləri və ayaqları zəncirlənmiş məhkumların adları tək-tək oxunduqdan sonra avtomat silahlarla başlarından vurularaq edam olunublar.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər