Bu gün Kəbənin örtüyü dəyişildi – VİDEO
1. 020 dəfə baxılıb
Hacılar həccin əsas əməlini – Ərəfa ziyarətini yerinə yetirərkən, Kəbə evi yeni libasına bürünür. Uzun illərdir bu örtüyü Səudiyyə Ərəbistanı istehsal edir. Örtüyün istehsalı üçün 240 nəfər işçisi olan xüsusi fabrik inşa edilmişdir.
Örtüyün tikilməsi səkkiz aya başa gəlir. İstehsal dövrü müxtəlif mərhələlərdən keçir. Əvvəlcə ipək liflər boyanır, parçalar toxunur və tikilir.
Örtük 700 kq qara rəngə boyanmış təbii ipəkdən, 120 kq qızıl və gümüş iplərdən hazırlanır.
Örtüyün hündürlüyü 14 metr, parçanın eni isə 95 sm-dir. Örtük 22 milyon riyala, təqribən 6 milyon dollara başa gəlir.
Kədənin örtüyünün üstündə 47 metr uzunluqda kəmər vardır. Kəmər yerdən 6 metr hündürlükdə olur. Kəmərin eni 95 sm olur. Ümumilikdən kəmər 16 parçadan ibarətdir.
Kəmərin altında Quran ayələri həkk olunmuş 6 parça vardır. Bundan əlavə hədiyyəlik parça və 11 ədəd qəndil də olur.
Kəbənin qapısına gəldikdə, onun ipəkdən toxunmuş qapı örtüyü vardır. Hündürlüyü 7,5, eni 4 metrdir. Örtüyün üzəri Quran ayələri və İslam ornamentləri ilə bəzədilmişdir.
Kəbənin örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri Zülhiccə ayının əvvəlindən başlayır. Ayın doqquzu səhər vaxtı köhnə örtük yenisi ilə əvəz edilir. Bu işdə 86 nəfər mütəxəssis və işçi iştirak edir. Köhnə örtük isə qorunmaq üçün fabrikin anbarına aparılır.
Sələf Xəbər: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr).
“Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. İbrahimin dayandığı yeri namazgah edin!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 125-ci ayə).