“Bu gündən Qambiya – İslam dövlətidir”
1. 629 dəfə baxılıb
Qambiyanın Prezidenti Yəhya Camme ölkəsini İslam Respublikası elan edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının bəyanatında bildirilir.
“Bu gündən Qambiya – İslam dövlətidir”, – Y.Cammenin bəyanatında deyilir. Bununla belə o vurğulayıb ki, ölkə vətəndaşları istədikləri dinə etiqad edə bilərlər.
1965-ci ilədək Böyük Britaniyanın müstəmləkəsi olan Qambiyada əhalinin 90% müsəlmandır.
Qeyd edək ki, indiyədək dünyada 4 İslam Respublikası mövcud idi: İran, Pakistan, Əfqanıstan və Mavritaniya.
49 yaşlı Y.Camme 20 ildən artıqdır ki, Qambiyaya rəhbərlik edir. Ötən ildən etibarən ABŞ və Avropa İttifaqı insan haqlarının pozulması ilə bağlı ölkəyə maliyyə yardımını dayandırıb. Xatırladaq ki, Qambiya prezidenti ölkədə bütün qeyri-ənənəvi seksual oriyentasiyalı şəxslərin boğazlarını kəsmək ilə hədələyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”. (Qurani-Kərim, “Hədid” surəsi, 28-ci ayə)
“Uca Allah bu ayədə Musa və İsa peyğəmbərlərə (onlara salam olsun) səmimiyyətlə iman gətirən Kitab əhlinə müraciət etmiş və onlara Allahdan qorxmağı, öz dininə axıradək sadiq qalmağı, Rəbbin hökmlərinə itaətsizlik etməməyi və Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) iman gətirməyi əmr etmişdir. Onlardan Rəbbin iradəsinə itaət edənlərə Uca Allah ikiqat mükafat: öz peyğəmbərlərinə sadiq olduqlarına görə mükafat və Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) sadiq olduqlarına görə mükafat vəd etmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)