Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Bu günə qədər İŞİD 2 min nəfəri edam edib

Mart 19
18:43 2015

“İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması 2014-cü ilin iyun ayından bu günə qədər Suriyada iki minə yaxın əsiri edam edib.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, öldürülənlərin əksəriyyəti mülki vətəndaşlardır.

Onlardan 6 nəfəri uşaq, 8-i isə qadındır. Əsirlər arasında öldürülənlərdən 200 nəfəri xristiandır.

Edam olunanların 5-i avropalı, ikisi isə yaponiyalı jurnalistdir.

Sələf Xəbər: Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər