Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Bu il həccə 1.5 milyon zəvvar gedəcək

Avqust 24
17:47 2015

Bu il həcc mərasiminə ümumilikdə 1 milyon 500 mindən çox zəvvar qatılacaq. Yerli zəvvarların sayı isə 185 minə çatacaq.

“Sələf Xəbər” Atv.az-a istinadən xəbər verir ki, zəvvarlar sentyabrın 20-dən etibarən Məkkə və Mədinəyə gəlməyə başlayacaq.

Qeyd edək ki, ötən il həcc ziyarətində iştirak edən zəvvarların sayı iki milyonu keçmişdi.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər