“Bu, Məhəmmədin (Allahın ona salavat və salamı olsun) ordusudur” – FOTO
2. 050 dəfə baxılıb
İslam Ordusunun keçirdiyi hərbi paradın görüntüləri yayınlanıb.
“Sələf Xəbər” alarabiyaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Şimal şimşəyi” adı altında keçirdiyi hərbi təlim Kral Salman bin Əbdüləzizin iştirakı ilə keçirilən parad mərasimi ilə yekunlaşıb.
20 ölkədən 150 min əsgərin iştirak etdiyi hərbi təlim 27 fevralda başlayıb, iki həftə müddətində davam edərək, mart ayının 11-də keçirilən bağlanış mərasimi ilə başa çatıb. Mərasimdə 20 ölkənin hökumət rəhbərləri iştirak ediblər. Hərbi təlimlərdə aşağıdakı ölkələr təmsil olunublar: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Türkiyə, Bəhreyn, Seneqal, Sudan, Kuveyt, Malayziya, Mərakeş, Pakistan, Komor adaları, Çad, Tunis, Cibuti, Oman, Qətər, Maldiv adaları, Misir, Mavritaniya və Mavriki.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)