Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bu ölkədə azan qadağası götürüldü – 10 il sonra

Noyabr 08
16:51 2017

Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, Özbəkistanda məscidlərdə azanın səsgücləndiricilərlə oxunmasına qoyulan qadağa götürülüb.

10 il öncə paytaxt Daşkənddə azanın mikrafonla oxunmasına qadağa qoyulmuşdu. Mollaların xahişindən sonra dövlət bu günlərdə yasağı aradan qaldırıb.

Paytaxtda yalnız Ramazan və Qurban bayramlarında azan mikrafonla oxunurdu.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Müqəddəs Quran, “Mucadilə” surəsi, 20-21-ci ayələr)

“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!

Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər