Çeçenistan Respublikası Məkkədə iftar süfrələri təşkil edir
995 dəfə baxılıb
islam.ru “Vestnik Kavkaza” informasiya-analitik agentliyinə istinadən bildirir ki, Əhmət Kadırov adına Fond bütün müqəddəs Ramazan ayı boyunca Məkkədə iftar süfrələri təşkil edir.
Hər gün islam dünyasının mərkəzi, müqəddəs Məkkədə, Çeçen Respublikasının başçısı Ramzan Kadırovun təşəbbüsü ilə iftarlar verilir. Ayın sonuna kimi bu iftar süfrələrində 50 mindən çox insan orucunu aça biləcək.
“Pulsuz iftar süfrələri, müsəlmanların əsas ziyarətgahı – müqəddəs Kəbənin yerləşdiyi, dünyanın ən böyük məscidi – Əl Həramda açılacaq. Bu savab işə vəsait ayırmaq qərarını fondun prezidenti xanım Aymani Kadırova qəbul edib”, – Çeçenistan Respublikası başçısının köməkçisi Adəm Covtaxanov bildirib.
Əhmət Kadırov adına Fond həmçinin bütün respublika üzrə məscidlərdə pulsuz iftar süfrələrinin açılması üçün pul ayırıb.
“Kim oruc tutana iftar verərsə ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi.)Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)