Davudoğlu: “Türkiyə ikinci Suriya olmayacaq”
Oktyabr 13
17:38
2015
1. 615 dəfə baxılıb
“Türkiyə ikinci Suriya olmayacaq”.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Ankaradakı partlayış Türkiyədə sabitliyin pozulmasına istiqamətlənib.
Ə.Davudoğlu qeyd edib ki, partlayışı iki kamikadze törədib.
Qeyd edək ki, oktyabrın 10-da Ankarada baş vermiş terror aktı zamanı 95 nəfər ölüb, 240-dan çox şəxs isə yaralanıb.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)