Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Davudoğlu: “Biz qüdrətimizi göstərəcəyik”

İyul 30
16:03 2015

“Türkiyənin 3 deyil, 33 terror qruplaşması ilə mübarizə aparmağa gücü var”.

İyulun 7-dən bu günədək Türkiyədə 657 terror hadisəsi törədilib, İŞİD, PKK və DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) genişmiqyaslı hücumlara başlayıb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu təmsil etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında bildirib.

Davudoğlu üçayaqlı hücumun ilk hədəfinin Türkiyə dövləti, demokratiya, insan haqları olduğunu bildirib.

“Hücumun ikinci hədəfi ictimai asayiş, üçüncü hədəfi isə Türkiyənin beynəlxalq etibarıdır”, – deyə, o, bəyan edib.

Davudoğlunun sözlərinə görə, “bəziləri bəyanatımıza cavab verməsələr də, AKP kadrları ayaq üstə olduğu vaxtda Türkiyə demokratiyası da ayaq üstədir və ayaq üstə olmaqda davam edəcəkdir”.

“Bir şəhit versək, o şəhidin ölümünə səbəb şəxslərə qarşı bütün zəruri addımları davam etdirəcəyik. Bizim səbr kasamızı daşdırmasınlar. Bir aslanımızı itirə bilərik, lakin Anadolunun minlərlə, yüz minlərlə aslanı ayaqdadır və ayaqda qalmaqda davam edəcəkdir”, – deyə, o, bəyan edib.

Davudoğlu bəyan edib ki, Türkiyənin 3 deyil, 33 terror qruplaşması ilə mübarizə aparmağa gücü var:

“Və biz bu qüdrətimizi göstərəcəyik”.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Digər xəbərlər