Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Davudoğlu: “Nə bahasına olursa-olsun, onlar təmizlənəcək”

Sentyabr 08
15:19 2015

Türkiyənin Baş naziri Əhməd Davudoğlu türk ordusunda ölümlə nəticələnən bomba hücumundan sonra Kürd PKK qiyamçılarını məhv edəcəyinə söz verib.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, Baş nazir “Bu ölkənin dağları, düzənlikləri, hündürlükləri, şəhərləri terrorçulara tərk edilməyəcək”, – deyə bildirib.

“Siz bizim terrorla müharibəmizə mane ola bilməzsiniz. Həmin dağlar, bu terrorçulardan təmizlənəcək. Nə bahasına olursa-olsun, onlar təmizlənəcək”.

Ordunun məlumatına görə, ölkənin cənub-şərqində yerləşən Hakkari vilayətində bazar günü baş vermiş hücumda azı 16 türk əsgəri həyatını itirib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər