Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Davudoğlu: “Terrorun dini yoxdur”

May 14
14:14 2015

“İslam dininə bu cür qara ləkə yaxanlara qarşı əməkdaşlıq çərçivəsində mübarizə aparmaq lazımdır”.

“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu NATO sammitində çıxışı zamanı belə bir bəyanat səsləndirib: “Terrorun dini yoxdur”.

Antalyada baş tutan sammitdə Davudoğlu İslam dininin terrorla əlaqələndirilməsinə qarşı sərt çıxış edib. Davudoğlu qeyd edib ki, İslam dininə bu cür qara ləkə yaxanlara qarşı əməkdaşlıq çərçivəsində mübarizə aparmaq lazımdır.

Əhməd Davudoğlu: “Türkiyə ətrafında bir sıra problemlərlə qarşılaşırıq. Bölgəmizdə baş verən hadisələr Türkiyəyə də təsirsiz ötüşmür. Dini məzhəb döyüşləri, qarşıdurmalar NATO üzvlərinə, üzv ölkələrin iqtisadiyyatına və stabilliyə təsir edir. Daha mütərəqqi düşüncə tərzi ilə bu problemləri həll edə bilərik”.

Davudoğlu, eyni zamanda, Rusiyanın Krımı birləşdirməsi məsələsinə də münasibət bildirib. Nazir qeyd edib ki, Rusiyanın bu addımı, Avropada təhlükəsizliyin nə qədər kövrək olduğunu göstərib. Davudoğlu əlavə edib ki, Krımın birləşdirilməsinə heç cür haqq qazandırmaq olmaz. Davudoğlu Türkiyənin Ukraynaya bu məsələdə tam dəstək olduğunu vurğulayıb.

Daha sonra, Davudoğlunun Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə təkbətək görüşü baş tutub. Tərəflər regional məsələlərə dair müzakirələr aparıblar.

Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)

Digər xəbərlər