Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Davudoğlunun əmri ilə Türkiyə ordusu Suriyaya girir

İyun 27
16:19 2015

Türkiyə Suriya ilə sərhəddə öz təhlükəsizlik qurşağını qurmaq üçün bu ölkəyə girir.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu haqda Türkiyə telekanalları məlumat yayıb.

Məlumata görə, Çankaya köşkündə keçirilən təhlükəsizlik sammitində Suriyaya hərbi müdaxilə variantı müzakirə olunub. Türkiyə Silahlı Qüvvələrinin Suriya torpaqlarına, Cerablusa girmə planının masada olduğu öyrənilib.

Prezident Ərdoğanın rəhbərliyi ilə keçirilən “Suriya böhranı” toplantısında müharibə kartının müzakirə edildiyi bildirilib.

Plana görə, sərhədə yaxın ərazilərdəki İŞİD terror xəvaric qruplaşmasının və PKK-nın hədəfləri vurulacaq və bu ərazilər adı çəkilən qruplaşmalardan azad ediləcək.

Xəbərə görə, Silahlı Qüvvələrin komandanlığı hökumətin əmr edəcəyi təqdirdə Suriyaya girməkdə problem görmədiklərini bildirib. Baş nazir Davudoğlu əməliyyatın bir an əvvəl həyata keçirilməsində israr edincə Silahlı Qüvvələr hökumət rəhbərindən yazılı əmr istəyib.

Baş nazirin mənbələrinin verdiyi məlumata görə, artıq Cerablusa müdaxilə üçün Əhməd Davudoğlu yazılı göstərişi Baş Qərargaha göndərib.

Hələlik hökumət məsələylə bağlı açıqlama verməyib.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər