Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Davudoğlunun papaya “soyqırımı” iddiası ilə bağlı cavabı

Aprel 13
17:14 2015

Türkiyə Baş naziri Roma papasının “soyqırımı” iddialarını şərh edib.

“Dini liderlərin birinci vəzifəsi tarixi mübahisələr üzərindən yeni bir insident və nifrət mühiti yaratmaq yox, bəşəriyyəti birliyə, sülhə və bərabər yaşamağa dəvət etməkdir”.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu Roma papasının qondarma erməni “soyqırımı” iddialarını şərh edərkən deyib. Davudoğlu açıqlamanın bu cür verilməsinin papaya yaraşmadığını bildirib:

“Əgər xarici qüvvələr olmasaydı, çox güman ki, 1915-ci ildə baş verən kədərli hadisələr yaşanmayacaqdı. Baş vermiş kədərli hadisələri bir tərəfli görmək, insanların sadəcə bir hissəsinin kədərinə sahib çıxıb digərinkini görməmək papaya və onun tutduğu mövqeyə yaraşmadı. Kədərlər, xüsusilə də, müharibə dövründə yaşanan kədərlər paylaşıldığı zaman anlaşıldığı və ədalətli yaddaşla bu istirablara sahib çıxıldığı zaman sülh mühiti yaranar”.

Xatırladaq ki, ötən gün Romadakı Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.

Mərasimdə Ermənistan Prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak edib.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)

“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər