Diyanət başqanı: “Hər hansı bir din, inanc, əxlaq tanımırlar”
İyul 22
15:04
2015
879 dəfə baxılıb
Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez Suruçda törədilən terror hücumunu pisləyib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Görmez bu bəyanatını yazılı açıqlama ilə bildirib.
Onun sözlərinə görə, bu vəhşəti işləyən şər qüvələr bir daha hər hansı bir din, inanc, əxlaq və dəyər tanımadıqlarını ortaya qoyublar: “Bu hücumlar insanlığı hədəf almaqda, ortaq dəyər və ideallar ətrafında formalaşan dinclik və sülh axtarışlarını təhdid etməkdədir”.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)