DNT testi Ankarada terror aktını törədəni müəyyən etdi
935 dəfə baxılıb
DNT testi Ankarada terror aktını törədən şəxsin kimliyini müəyyən edib.
Türkiyə polisi fevralın 17-də Ankarada terror aktını törədən şəxsin kimliyini müəyyənləşdirib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, terror aktını Suriya vətəndaşı Salih Nejdər deyil, Türkiyə vətəndaşı Əbdülbaki Somer törədib.
Məlumata görə, terrorçu 2014-cü ildə Salih Nejdərin adına hazırlanmış saxta sənədlərlə Türkiyəyə gəlib. Türkiyə polisi bundan əvvəl əl izlərinin analizinə əsaslanaraq, partlayışa görə məsuliyyəti məhz onun üzərinə qoyub. Lakin “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması öz saytında terror aktının icraçısının şəklini dərc etdikdən sonra, polis bu şəxsin atasını saxlayaraq DNT nümunəsi götürüblər. Aparılmış DNT testi terrorçunun şəxsiyyətini müəyyən edib.
Terror aktı ilə əlaqədə şübhəli bilinərək saxlanılan 14 şəxsin dindirilməsi nəticəsində polis partlayışın PKK üzvləri Mehmet Doğan və İshaq Ozçaptu tərəfindən sifariş edildiyi qənaətinə gəlib.
Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)