Dubayda Tac Mahal tikilir – FOTO
967 dəfə baxılıb
“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən xəbərinə görə, Dubayda dünyanın 7 möcüzələrindən biri olan Tac Mahalın oxşarı tikiləcək.
Hindistanın qeyri-rəsmi simvolu olan Tac Mahal 17-ci əsrdə Cahan şah tərəfindən tikdirilmiş, dünyada bənzəri olmayan bir mavzoleydir. Təbrizdən gətirilən türk memarlarının inşa etdiyi möhtəşəm tikili özündə fars, hind və İslam memarlıq üslublarını birləşdirən ən gözəl memarlıq nümunəsidir.
Xatırladaq ki, 1983-ci ildə Tac Mahal YUNESKO-nun Ümumdünya İrsinə daxil edilib və “Müsəlman İncəsənətinin Hindistanda Mirvarisi” adlandırılıb.
2016-cı ildə Dubayda Tac Mahal mavzoleyinin eyni oxşarı olan “Taj Arabiya” tikilməyi planlaşdırılır. “Taj Arabiya” özündə 350 otaqlı otel, magaza və ticarət obyektlərini birləşdirəcək. Ümumilikdə bu möhtəşəm kompleksə 1 milyard dollar həcmində vəsait ayrılacağı nəzərdə tutulub.
Onu da qeyd edək ki, “Taj Arabiya” “açılmış şahin qanadları”nı xatırladan Falcon City şəhərində “Dubailand” layihəsinin yalnız bir hissəsidir. Sahəsi “Disneyland” şəhərindən iki dəfə böyük olan “Dubailand” də Eyfel qülləsi, Misir piramidaları, Çin səddi, Big Ben, Buckingem sarayı və bir çox başqa tikililər də olacaq.
Sələf Xəbər: Məlumdur ki, çoxallahlılığın ilk təzahürləri Nuh peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qövmündə özünü göstərib, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabəsi ibn Abbasın rəvayət etdiyinə görə, Nuh və Adəmin arasında on nəsil olub. Bu nəsillər boyunca insanlar həqiqi təkallahlığa etiqad edirdi, ancaq işlərində yenə də səhvlər olurdu. Lakin onların arasında öyüd verən və xatırladan əməlisaleh insanlar var idi.
İmam Əl-Buxarinin toplusunda Vədd, Suvaa, Yəğus, Yəuq, Nəsr adlı əməlisaleh insanlardan bəhs edilir. Onlar öldükdə şeytan gəlib insanlara belə demişdir: “Onlar üçün abidə qurun, axı onlar böyük insan idilər. Sizi bir pis iş gördükdə, sizi durdururdular, və daha yaxşısına çağırırdılar. Onlara abidələr inşa edin, bu abidələri gördükdə, siz onların möminliyini yada salacaqsınız və onlarda oxşamağa çalışacaqsınız”.
Onlar üçün abidələr tikildi. İllər keçdi, yüzilliklər keçdi. Bu insanlar üçün hansı məqsədlə abidələrin tikildiyini bilən insanlar öldü. Və şeytan yenidən insanların yanına gəlib dedi: “Həqiqətən, bu abidələr sizin atalarınız üçün ilahlar idi, atalarınızın dinindən dönməyin, atalarınız onlara sitayiş etdiyi kimi siz də onlara sitayiş edin”.
İnsanlar bu abidələrə sitayiş etməyə başladılar. Allah da bu insanları çoxallahlılığın zülmətindən təkallahlılığın işığına çıxarmaq istədi. O onlara Nuhu göndərdi. Nuh onları bütləri tərk etməyə və ancaq bir olan Allaha sitayiş etməyə çağırırdı. O gecə və gündüz, gizli və açıq-aydın dəvət edirdi. Lakin onlar itaət etmədilər, lovğalanıb dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”. (Müqəddəs Quran, “Nuh” surəsi, 23-cü ayə)
Nuh da Allahı çağıraraq dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!” (Müqəddəs Quran, “Nuh” surəsi, 26-cı ayə)
Allah Nuhun çağırışına cavab verdi. Allah kafir olanları həlak etdi.“Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların )hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Əslində), onunla birlikdə az adam iman gətirmişdi. (Nuh) dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Gəmi) onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə (gəmiyə) min, kafirlərdən olma!” O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” (Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu. (Sonra) deyildi: “Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi (dağı) üzərində qərar tutdu. (Sonra) deyildi: “Məhv olsun zalım adamlar!” (Müqəddəs Quran, “Hud” surəsi, 40-44-cü ayələr)
Xatırladaq ki, İslam təkallahlılıq dini kimi gəlib, insanları tək bir olan Yaradana – onları və bütün varlığı yaradan Allaha ibadət etməyə çağırır. Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” (Müqəddəs Quran, “Zəriyət” surəsi, 56-cı ayə).
Qeyd edək ki, çoxallahlılıq Allah bağışlamayacağı yeganə günahdır. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları) isə istədiyi kimsəyə bağışlayacaqdır”. (Müqəddəs Quran, “Nisa” surəsi, 116-cı ayə).