Əbdüləziz Ali Şeyx: “Ərəb cəhənnəmi” ümməti ötən əsrlərə qaytardı…”
1. 411 dəfə baxılıb
“Sələf Xəbər”in ərəb mediasına istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının müftisi möhtərəm Əbdüləziz Ali Şeyx qış fəslinin gəlişi ilə əlaqədar olaraq xeyriyyəçi insanlara və təşkilatlara səslənərək soyuq qış günlərində kasıb və fağır-füqəraya daha çox qayğı göstərilməsini tövsiyə edib. Ələlxüsus, müharibə səbəbi ilə ölkəsindən, ev-eşiyindən didərgin düşmüş qaçqınlara diqqət ayırmağın önəmli olduğunu vurğulamışdır.
“Nidəul İslam” radiosunda çıxışı zamanı Müfti “Ərəb Baharı” adlandırılan inqilabların İslam ümmətinin inkişafını bir neçə əsr geriyə atdığını bildirmişdir. O, “Ərəb Cəhənnəminin” İslam ölkələrinə vurduğu ziyanın aradan qaldırılması üçün illərin gərəkdiyini vurğulayıb.
Sonda Suriyalı, İraqlı, Yəmənli və digər müsəlman ölkələrdən qaçqın düşmüş insanlar üçün dua etmişdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)