Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Əfqanıstan ordusuna hücum edilib 17 əsgər həyatını itirib

May 05
12:50 2015

Əfqanıstanın Bədəxşan əyalətində silahlıların nəzarət-keçid məntəqəsinə hücumu nəticəsində azı 17 hərbçi həlak olub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, daha 20 əsgər itkin düşmüş hesab edilir.

Hücuma görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. Yaz fəsli başlayandan “Taliban” Əfqanıstan ordusuna qarşı genişmiqyaslı hücuma keçib. Ən ağır döyüşlərin Əfqanıstanın dağ bölgələrində getdiyi bildirilir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər