Əl-Haram məscidi 1,85 milyon ziyarətçi qəbul edə biləcək
729 dəfə baxılıb
İki Müqəddəs Məscidin xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz bazar günü müqəddəs şəhərdə keçirilən beyət mərasimindəki səmimi qəbula görə Məkkə xalqına təşəkkür edib.
Bazar ertəsi günü “al-Salam” sarayında Nazirlər Kabinetinin həftəlik iclası keçirilib. İclasda deyilib ki, Kral Salmanın Məkkədə gedən genişləndirmə işləri üzrə təftiş gəzintisi onu göstəriri ki, kral Müqəddəs Məscidə gələn zəvvarlar və qonaqlar üçün mümkün olan ən yaxşı xidmət və imkanları təmin etmək niyyətindədir.
“Sələf Xəbər”in “Al Arabiyya”-ya istinadən məlumatına görə, Səudiyyə Xəbər agentliyinə verilən açıqlamada Mədəniyyət və İnformasiya naziri Adil əl-Tarifi bildirib ki, görüləcək işlərdən sonra məscidin, onun həyətyanı və təvaf sahəsinin 1.47 milyon kvadrat metrədək genişləndirilməsi nəzərdə tutulub. Bu da 1,85 milyon ziyarətçinin rahat ibadət etməsinə şərait yaradacaq. Genişləndirmə işləri başa çatdıqdan sonra saatda 107000 insan təvaf edə biləcək.
Sələf Xəbər: İbadət edənlərin komfortunu və rahatlığını maksimal dərəcədə nəzərə alaraq məscidlərin inşası ən xeyirxah əməllərdən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Allah üçün bir məscid tiksə, Allah da onun üçün eynisini Cənnətdə tikər”. (Müslim)