“Əl-Qaidə” xəvaric terror təşkilatı Dəməşqi ələ keçirməyə hazırdır
May 28
13:23
2015
720 dəfə baxılıb
“Əl Qaidə”nin Suriyadakı qolu sayılan “ən-Nusra Cəbhəsi” paytaxt Dəməşqi ələ keçirməyə hazır olduğunu bildirib.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi məlumata görə, bunu terror qruplaşmasının lideri Əbu Məhəmməd əl-Qolani bəyan edib.
“Dəməşq hədəfimizdə qalmaqdadır. Biz Bəşər Əsəd rejimini məhv etmək əzmindəyik”, deyə əl-Qolani bildirib.
O, həmçinin Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarını özlərinin təhlükəsizliyi barədə düşünməyə çağırıb.
Sələf Xəbər: Sələf Xəbər: Məşhur islam alimi, böyük hədisşünas Əbdül Muhsin əl-Abbaddan (Allah onu qorusun) Əl-Qaidə qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”