“Əl-Qaidə”nin ikinci siması öldürülüb
679 dəfə baxılıb
“Əl-Qaidə” terror təşkilatının Yəmən qolunun lideri Nasir Əl-Vahişi ABŞ-ın təşkil etdiyi hücumda məhv edilib.
“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, CNN telekanalı əl-Vahişinin öldürüldüyünə dair xəbəri Yəmənin təhlükəsizlik rəsmilərinə əsaslanaraq yayıb.
CNN telekanalı hücumun ötən Cümə günü Yəmənin şərqindəki Hadramut bölgəsində baş verdiyini bildirib. Əl Vahişinin yerinə “Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun komandiri Qasım əl Riminin keçdiyi irəli sürülüb.
Yəmən əsilli əl-Vahişinin, 2009-cu ildə “Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun başına keçdiyi açıqlanıb. 2006-cı ildə Yəməndəki bir zindandan qaçan əl-Vahişi, daha əvvəl Bin Ladenin “sağ qolu” olub.
Sələf Xəbər: Məşhur İslam alimi, böyük hədisşünas Əbdül Mühsin əl-Abbad (Allah onu qorusun) “Əl-Qaidə” qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”
Şeyx Muqbil ibn Xadi (Allah ona rəhmət etsin) deyib: “Mən Bin Ladenlə əlaqədən Allaha sığınıram! O icma üçün bədbəxtlik və xəstəlikdir, onun əməlləri isə – şərdir!”