Əl-Qaidənin lideri öldürülüb
866 dəfə baxılıb
Əl-Qaidə terror təşkilatının əsas yaraqlılarından birinin öldürüldüyü iddia edilir.
Amerikanın Liviya ərazisinə endirdiyi hava zərbəsi nəticəsində “əl-Qaidə” terror təşkilatının tanınmış yaraqlısı Muxtar Belmuxtar öldürülüb.
“Sələf Xəbər”in BBC-yə istinadən məlumatına görə, bunu Liviya hökuməti açıqlamasında bildirib.
Məlumata görə, əməliyyat ölkənin şərqində yerləşən Ajdabiya şəhərində baş tutub.
Rəsmi Pentaqon zərbənin hədəfinin Belmuxtar olduğunu təsdiqləsə də, onun öldürüldüyü haqqında heç bir məlumat verməyib.
“Əməliyyatın nəticələri qiymətləndirilir və buna müvafiq olaraq daha ətraflı məlumat veriləcək”, -Pentaqon sözçüsü Steve Warren deyib.
Associated Press-in anonim mənbəyi hava hücumunda iki F-15 qırıcı təyyarəsinin iştirak etdiyini və bir neçə 225 kiloqramlıq bombanın atıldığını deyib.
Əlcəzairli Muxtar Belmuxtar 2013-cü ildə 38 əsirin ölümü ilə nəticələnən Əlcəzairdə yerləşən qaz yatağına hücumun təşkilatçısı idi. Əsasən qərb ölkələrindən olan öldürülmüş 38 nəfərin 3-ü amerikalı olub.
Belmuxtarın öldürülməsi ilə bağı xəbərlər daha öncə də yayılsa da, öz təsdiqini tapmamışdı.
Muxtar Belmuxtar kimdir?
Bir gözünü çox vaxt sarğı ilə bağladığına görə, “Təkgöz”, siqaret qaçaqmalçılığından qazandığı pullarla maliyyələşdirdiyinə görə, “Mister Malboro” ləqəbləri ilə tanınıb.
Əfqanıstanda Sovet qüvvələrinə qarşı döyüşüb.
Əl-Qaidə terror təşkilatının Məğribdəki şöbəsinin əsas adamlarından biri olub. Rəhbərliyin digər üzvləri ilə mübahisədən sonra buradan gedib.
Bundan sonra Malinin dövlət və beynəlxalq qüvvələrinə hücum edən “Əl-Murabitun” terror qruplaşmasına rəhbərlik edib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)