Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Əl Şəbab” İŞİD-ə qoşulmağı qərar verib

İyul 11
17:01 2015

Somalidə fəaliyyət göstərən “Harakat əş Şəbab əl Mücahidin” (“Əl Şəbab”) terror qruplaşması “İraq və Şam İslam Dövləti”- İŞİD xəvaric terror qruplaşmasına qatılmaq niyyətindədir.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, “Əl Şəbab”ın rəhbərləri bu həftənin əvvəllərində Somalidə gizli toplantı keçirərək bu barədə qərar qəbul ediblər.

Beləcə, İŞİD xəvaric terror qruplaşması Afrikanın şərqində də fəaliyyətə başlayacaq.

“Əl Şəbab” ötən ay Somalidə 150 terakt və hücumu gerçəkləşdirib.

Somali ərazisinin bir hissəsinə tam nəzarət edən “Əl Şəbab” ötən ay Huluqo və Mandera şəhərlərinə də hücum edərək 50 hərbçini qətlə yetirib.

“Əl Şəbab” tək Somalidə yox, qonşu Keniya, Efiopiya və Tanzaniyada da “Xilafət” qurmaq istəyir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər