Ərdoğan: “2 milyon insan bizə gəldi, Rusiyaya yox”
744 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsinə münasibət bildirib.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu məsələdə müzakirə aparacaqlarını deyib.
“Putinlə daha əvvəl Moskvada keçirdiyim görüşdə danışılanları və bundan sonra gözlənilənləri müzakirə edəcəyik. Bu məsələdəki narahatlığımı xüsusi vurğulayacağam, məyus olduğumu bildirəcəyəm. Dost ölkə kimi atdıqları addımı, əməliyyatları bir daha nəzərdən keçirmələrini istəyəcəyəm. Çünki regionda əzab-əziyyəti çəkən bizik. Rusiyanın Suriya ilə sərhədi yoxdur. Nə üçün belə müdaxiləyə ehtiyac duydu? Bizimsə 911 kilometrlik sərhədimiz var. Bundan narahatam. 2 milyon insan bizə gəldi, Rusiyaya yox”, – deyərək Türkiyə prezidenti vurğulayıb.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65, 2585)
Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!