Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərdoğan: Ankaradakı terror aktının kökləri Suriyaya söykənir

Oktyabr 14
16:29 2015

Türkiyə hökuməti Ankaradakı terror aktının Suriya ilə əlaqəli olduğunu təsdiqləyən kəşfiyyat məlumatlarına malikdir.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Terror hücumunun köklərinin Suriyada olduğunu təsdiqləyən kəşfiyyat məlumatları var”, – deyə Ərdoğan mətbuat konfransında bildirib.

Prezident əlavə edib ki, terror aktının istintaqında İŞİD terror xəvaric qruplaşmasının və PKK terrorçularının hadisə ilə əlaqəli olduğu da daxil olmaqla bütün versiyalar araşdırılır.

Qeyd edək ki, iki terrorçu-kamikadze tərəfindən törədilmiş partlayışlar nəticəsində 97 nəfər ölüb. İstintaqın əsas versiyası isə İŞİD terror xəvaric qruplaşmasının partlayışlarla əlaqəli olmasıdır.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər