Ərdoğan hədələdi: “Əgər kürdlərə dəstək verməkdə davam etsəniz, incirlik bazasını bağlayacağıq!”
1. 180 dəfə baxılıb
“Sələf Xəbər”in xarici mənbələrə istinadən məlumatına əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Hərbi Hava Qüvvələrinin hava uçuşları üçün istifadə etdiyi “İncirlik” aviabazasını bağlayacağı ilə hədələyib.
Ərdoğan Suriya məsələsində aralarında kəskin fikir ayrılığı olan NATO üzvlərini, amerikalı və qərbli müttəfiqlərini kəskin tənqid edib.
Ərdoğan telelfon danışı zamanı Amerika prezidenti Barak Obamaya Kürd Demokrat Partiyasına hər-hansı yardım etməmək barədə ciddi xəbərdarlıq edib.
Qeyd edək ki, Kürd Demokrat Partiyası Suriya kürdlərini təmsil edən siyasi partiyadır. Türkiyə bu birliyi Ankarada 28 nəfərin ölümü ilə nəticələnən terror aktını törətməkdə ittiham edir.
Sələf Xəbər: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)
“Yer üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıldıqdan sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Uca Allah bu barədə belə buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə).
Amma Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır və həm bu dünyada və həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur.” (Bax “Təfsir Əs-Saadi”)