Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərdoğan milli mənsubiyyəti ilə bağlı: “…axirətdə Allah bizdən dinimizi, peyğəmbərimizi, imanımızı soruşacaq” – VİDEO

Aprel 18
19:47 2016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıların birində milli mənsubiyyəti ilə bağlı iddialara cavab verib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Ərdoğan bir vaxtlar milli mənsubiyyətilə bağlı atası ilə söhbətini xatırladıb.

“Atamdan soruşdum ki, biz türkük, yoxsa laz? Rizəliyik axı, bəziləri türk, bəziləri laz deyir. Atam cavab verdi, babamdan soruşmuşdum bunu. Babam mənə dedi ki, axirətdə Allah bizdən dinimizi, peyğəmbərimizi, imanımızı soruşacaq. Qövmün (milliyyətin) kimdir, deyə soruşmayacaq”, – Ərdoğan bildirib.

🎬

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər