Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərdoğan: “Rusiya bizi itirə bilər”

Oktyabr 07
15:02 2015

“Rusiya bizi itirərsə, çox şey itirər”.

“Bu gün Əsədi qorumaq istəyənlər var. İran və Rusiya bu sıradandır. İndi Rusiyanın bizim sərhədlərimizi pozması hadisəsi də yaşanır. NATO-nun bu barədə sərt ultimatumu oldu. Belə hallara səbr göstərməyimiz mümkün deyil”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə Belçikanın Baş naziri Şarl Mişel (Charles Michel) ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

R. T. Ərdoğan bildirib ki, bu arzuolunmaz addımları qəbul etmək Türkiyəyə yaraşmaz: “Baş verənlər NATO-nun da prinsiplərinə ziddir və NATO buna artıq reaksiya verib. Türkiyəyə qarşı atılan addım NATO-ya qarşı da atılmış olur. Rusiya ilə münasibətlərimiz ortadadır. Amma bizi itirə bilərlər. Rusiya Türkiyəni itirərsə, çox şey itirər”.

R. T. Ərdoğan PKK-nın Suriya qolu PYD-nin İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə aparması səbəbindən bu qruplaşmaya müsbət yanaşılmasının yanlış olduğunu vurğulayıb: ““Əl Nüsra” terror təşkilatı da İŞİD terror xəvaric qruplaşmasına qarşı savaşır. İndi “Əl Nüsra” yaxşıdır? Amma PYD və PKK İŞİD terror xəvaric qruplaşmasına qarşı döyüşür deyə bunları yaxşı elan edənlər var”.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər