Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “Səs-küy salmaqla özünüzü təmizə çıxara bilməyəcəksiniz”

Yanvar 08
18:04 2016

Ərdoğan İranı ikiüzlü adlandırdı.

Türkiyə prezidenti: Suriyada 400 min insan öldürüldü. Buna səssiz qalanlar bir nəfərin edamına görə dünyanı ayağa qaldırmağa çalışır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən konfransda İrana sərt ismarıclar göndərib.

“Sələf Xəbər” Sputnik-ə istinadən xəbər verir ki, Ərdoğan Səudiyyə Ərəbistanında edam olunan şiə din alimi Ayətullah Nemr-ə görə dünyanı ayağa qaldırmağa çalışan İranı ikiüzlülükdə təqsirləndirib.

“Suriyada 400 min insan öldürüldü. Buna səssiz qalanlar bir nəfərin edamına görə dünyanı ayağa qaldırmağa çalışır. Qatil Bəşər Əsədə siyasi dəstək, pul, silah, hər şey verirsiniz. Dünya bütün bunları çox yaxşı görür. Səs-küy salmaqla özünüzü təmizə çıxara bilməyəcəksiniz”.

Türkiyə prezidenti edam məsələsinin bir ölkənin daxili hüquqi işi olduğunu xatırladaraq, Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin yandırılmasına görə İranı qınadığını da açıqlayıb.

Şiə din alimi Ayətullah Nemr bir neçə gün öncə ölkədə xaos çıxarmaq, dövlət çevrilişinə cəhd səbəbilə edam olunmuşdu.

Digər xəbərlər

ARXİV

Mart 2023
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031