Ərdoğan: “Terrorun milliyyəti, vətəni, dini olmur”
1. 045 dəfə baxılıb
“Artıq terrorizmlə mübarizədə sözlərə yer yoxdur”.
Antalyaya G-20 sammitinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Fransua Ollanda və bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib.
“Sələf Xəbər” APA-ya istinadən bu barədə məlumat verir.
“Bu hadisələr bir daha bizim bu məsələdə düzgün yolda olduğumuzu göstərir. Artıq terrorizmlə mübarizədə sözlərə yer yoxdur. Bu tək Fransaya deyil, bütün dünyaya meydan oxumaqdır. Biz uzun müddətdir ki, dünya ictimaiyyətinə bu təhlükənin reallığını çatdırmağa çalışırıq”, – deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, terrorun milliyyəti, vətəni, dini olmur: “Bütün terrorçular eyni aqibətə layiqdirlər. Biz, Türkiyə olaraq, daim terrora qarşıyıq və sonadək bu bəla ilə mübarizə aparacağıq. Biz Fransa xalqının hisslərini hamıdan yaxşı anlayırıq, onların dərdlərinə şərik oluruq. Parisdəki terror bizə Ankarada, Surucda, Qaziantepdə, Diyabəkirdəki terror aktlarını xatırladır. Millətimiz bunları görüb və terrorun nə olduğunu yaxşı bilir”, R.T.Ərdoğan vurğulayıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)